AZ

Müsadirə edilmiş əmlaklar - HƏRRACDA SATILDI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda mənzillər özəlləşdirilib.

Azərbaycanda 4 səhmdar cəmiyyəti özəlləşdirməyə çıxarılacaq - ADLARI

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Hərracda xüsusi müsadirə edilmiş iki mənzil satışa çıxarılıb və hər ikisi ilkin start qiyməti ilə alıcı tapıb.Nizami rayonunda yerləşən mənzil – 154.9 kvadratmetr sahəyə malikdir və Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 46A, mənzil 59 ünvanında yerləşir. Bu mənzil 229,500 manata satışa çıxarılıb və eyni qiymətə satılıb.

Digər əmlak isə Yasamal rayonunda yerləşən mənzildir. 95.51 kvadratmetr sahəsi olan bu mənzil H.Zərdabi prospekti, ev 7, mənzil 13 ünvanında yerləşir. Hərracda bu mənzilin də start qiyməti 142,500 manat olub və eyni qiymətə satılıb.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN  linki vasitəsilə tanış olmaq olar.

Seçilən
2
fed.az

1Mənbələr