Hakkarinin Yüksekova rayonunda yaşayan 15 yaşlı Nurhat Kartal çəkdiyi rəsmlərlə hər kəsi özünə heyran edib.
"NTV Türkiyə" yazır ki, rayonun Güngör məhəlləsində yaşayan Nurhat Kartal, ibtidai sinifdə fərqinə vardığı rəsm çəkmək bacarığını inkişaf etdirərək minlərlə insan və heyvan şəkli çəkib.
Rəsm qabiliyyətini inkişaf etdirən gənc istedad bu barədə deyib: “5 il əvvəl, ibtidai sinifdə oxuyanda darıxırdım və qardaşım otaqda dərs oxuyurdu. Bir kağız və qələm götürərək onu çəkməyə başladım və həqiqətən də eynisini çəkdim. Daha sonra atamı, anamı, bacı-qardaşlarımı və digər qohumlarımı rəsmini çəkdim. Maraqlananların sayı artdı və indi önəmli şəxslərin rəsmlərini çəkməyə davam edirəm. Həmçinin çoxlu heyvan rəsmləri də çəkmişəm. Əgər fürsət olsa, Yüksekova üçün də önəmli rəsmlər çəkə bilərəm.”
Fidan Fərmanlı,
BSU-nun tələbəsi