AZ

Bruno Fernandeşdən Avroliqa rekordu

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasında yeni rekord müəyyənləşdirib.

QOL.az xəbər verir ki, o, buna 1/8 final mərhələsinin "Real Sosyedad"la cavab oyununda (4:1, 1:1) nail olub. Portuqaliyalı futbolçu “Old Trafford”da 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu, Brunonun Avroliqada penaltidən vurduğu 10-cu qoldur. Daha əvvəl heç kim Avropa Liqasında məhz penaltidən 10 qol vurmağı bacarmamışdı.

Qeyd edək ki, Bruno Fernandes 2020-ci ilin yanvarından "qırmızı şeytanlar"ın formasını geyinir.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr