AZ

İrəvanla SÜLH MƏSƏLƏSİ: “Kənar qüvvələr mane olacaq”

“Kənar qüvvələrin bu müqavilənin imzalanmasına mane olmağa çalışacaq”.

Bu sözləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı iddiasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, sülh sazişinin bağlanacağı gözləniləndir:

“Sülh müqaviləsinin imzalanması gözləniləndir və gözləməliyik. Əslində, sülh müqaviləsi bu vaxta qədər imzalanmalı idi. Sadəcə olaraq bəzi qüvvələr buna imkan vermədi. Hər iki ölkənin xarici işlər nazirliyi maddələrin razılaşdırıldığını bildirir. Görünən odur ki, yaxın zamanda sülh müqaviləsinin bağlanılması yönündə addımlar atılacaq”.

“Tərəflər vasitəçisiz sülh bağlamaq istəyir. Ancaq böyük dövlətlərin bu regiondakı maraqlarını bilirik. Onlar da bu müqavilədə tərəf olmağa çalışacaq. Kənar qüvvələrin bu müqavilənin imzalanmasına mane olmağa çalışacaq, ancaq Türkiyə buna imkan verməyəcək. Türkiyənin bu məsələdə qərarlı olduğunu görürük”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

Seçilən
2
yenicag.az

1Mənbələr