AZ

“Real-Qaz” MMC 4 ildə 5 tender keçirib: Onun üçü AQTA ilə bağlıdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ötən gün keçirdiyi daha bir tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, söhbət texniki qazların satın alınmasından gedir.

Açıq mənbələrdə qeyd edilir ki, AQTA bu işlərin görülməsi üçün “REAL-QAZ” MMC ilə satınalma müaviləsi imzalayıb. Müqavilənin dəyəri 177 min 503 manatdır.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, “REAL-QAZ” MMC 2021-ci ildən indiyə qədər AQTA ilə toplam üç dəfə satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrin hamısı texniki qazın alışı ilə bağlıdır. Hər iki ildən bir baş verən bu tenderlərin biri 2023-cü ildə reallaşıb və 229 min 885 manatlıq olub. 2021-ci ildə isə “REAL-QAZ”la bağlanılmış müqavilənin qiyməti 167 min 222 manat təşkil edib.

Məsələnin maraqlı tərəfi odur ki, sözügedən şirkət 2021-ci ildən bəri cəmi 5 tenderə qatılıb. Onlardan üçün AQTA ilə, digər ikisi isə AMEA və BDU-nin tenderlərindən ibarət olub.

Qeyd edək ki, “Real-qaz” MMC 2003-cü ildə təsis edilib. Sənaye, texniki, tibbi və xüsusi qazların, eləcə də qaz qarışıqların istehsalı, satışı və xidməti üzrə fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi haqqında açıq mənbələrdə məlumat olmasa da, MMC-nin mütəmadi olaraq məhkəmə çəkişmələrində olması məlumatlardan aydın görünür.

Seçilən
2
tribunainfo.az

1Mənbələr