1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kömək edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" qəzeti məlumat verir.
Nəşr qeyd edir ki, 1997-2007-ci illərdə Toni Bler hokumətinin baş qərargah rəisi kimi, Pauell Şimali İrlandiyada onilliklərlə davam edən zorakılıqlardan sonra sülhün əldə edilməsinə kömək edən sövdələşmənin vasitəçiliyində əsas rol oynayıb.
Məqalədə bildirilir ki, ötən həftəsonu Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında danışıqlar ərəfəsində Böyük Britaniyanın baş nazirinin müşaviri Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermakla saziş layihəsini hazırlamaq üçün Kiyevə gedib.
Bu cümə günü (14 mart) isə o, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə görüşmək və "əldə olunan tempi saxlamağa cəhd etmək" üçün avropalı həmkarları ilə birlikdə Vaşinqtona uçur.
Hazırda Böyük Britaniyanın Baş naziri Kir Starmer və "Politico"nun siyasətçinin "xarici siyasətin əsas beyni" adlandırdığı müşaviri sülh hərəkatının mərkəzindədirlər. Nəşr əlavə edib ki, bu hərəkatın məqsədi Ukrayna və Avropanın özlərini tərk edilmiş kimi hiss etməmələrini təmin etməkdir.