"Biz yurdumuza daimi və əmin-amanlıq şəraitində yaşamağa qayıdırıq".
Bunu APA-nın Qarabağ bürosuna bu gün Xocalının Ballıca kəndinə köç edən sakin Coşqun Əhmədov bildirib.
O, bir daha çətin günlər yaşamayacaqlarına əmin olduğunu vurğulayıb: "Bu günü bizlərə yaşadanların qarşında baş əyirəm. Başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, Azərbaycan Ordusuna, bütün şəhid ailələri və qazilərə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Onlar bu günü bizə bəxş etdi. Əminəm ki, bundan sonra dövlətimiz daha da çiçəklənəcək”.