AZ

Paşinyan: “Bəli, Azərbaycana dəhliz verəcəyik”

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan sülh danışıqlarına yekun vurduqlarını bəyan ediblər. Tribunainfo.az xəbər verir ki, hər iki tərəf bəyan edib ki, müzakirə edilən 17 bəndin hamısı razılaşdırılıb.

Rəsmi İrəvan bildirib ki, onlar istənilən vaxt və yerdə sülh sazişini imzalamağa hazırdırlar. Lakin Azərbaycan tərəfi Ermənistandan konstitusiyasını dəyişdirməyi tələb edir.

Qeyd edək ki, sülh razılaşmasına daxil olan məsələlərdən biri də nəqliyyat-kommunikasiyalarının açıqlaması ilə bağlıdır. Ddünən Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə yerli jurnalistlərə açıqlamasında bəyan edib ki, ölkəsi Azərbaycana yüklərin daşınması üçün dəhliz verəcək. “Bəli, biz Azərbaycana yol verəcəyik. Onun hansı şəkildə olacağı barədə bbu günlərdə yayınladığım yazımda geniş bəhs etmişəm. Həmin şərtlər çərçivəsində dəhliz açılacaq. Biz Azərbaycanın rəsmi cavabını gözləyirik”.

Xatırladaq ki, Ermənistanın baş naziri dərc etdiyi məqaləsində Azərbaycana ölkəsinin suverenliyini pozmadan, yüklərin yoxlanılaraq keçidi təmin olunaraq dəhliz verməyə hazır olduğunu qeyd edib.

Seçilən
4
tribunainfo.az

1Mənbələr