AZ

Trampın xüsusi nümayəndəsi Bakıya gəldi

Bir gün əvvəl Moskvaya gedən Trampın xüsusi nümayəndəsi Stiven Vitkovu daşıyan təyyarə gecə saat 2 radələrində Vnukovodan havaya qalxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Trampın xüsusi nümayəndəsi Moskvadan Bakıya yola düşüb və onun təyyarəsi Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiya prezidenti ilə görüşmək üçün cümə axşamı Moskvaya gedib. Görüşün olub-olmadığı hələ də bəlli deyil, o cümlədən Kremlin saytında bu barədə heç bir rəsmi məlumat yoxdur. 

Ağarza Elçinoğlu

Seçilən
2
1
unikal.az

2Mənbələr