AZ

Ötən il dövlət büdcəsinin gəlirləri təxminən 37,2 milyard manat təşkil edib

2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37,2 milyard manat (102 faiz icra), xərcləri isə 37,7 milyard manat (95 faiz icra) təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib.

O qeyd edib ki, investisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,1 milyard manat həcmində məhsul ixracı edilib.

AZƏRTAC

Seçilən
12
5
vergiler.az

6Mənbələr