2024-cü ildə ölkə teatrlarında dövlət sifarişi ilə 9 tamaşa hazırlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, il ərzində dövlət teatrlarının azad olunmuş ərazilərdə mütəmadi qastrol səfərlər həyata keçirilib.
2024-cü il ərzində dövlət teatrları Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Portuqaliya, Estoniya və Litvada qastrol səfərlərində olub.
Rusiya, Özbəkistan və Qırğızıstan teatr kollektivləri isə ölkəmizdə qastrol səfərində olublar.