AZ

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781.8 milyon manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14.7% çoxdur.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.
2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.
Mərahim Nəsib
Seçilən
1
oxu.az

1Mənbələr