AZ

“Tesla” Trampa müraciət etdi


İlon Maskın “Tesla” şirkəti “tarif müharibələri”nin mənfi nəticələri ilə bağlı ABŞ Prezidenti Donald Trampın administrasiyasınamüraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ-nin ticarət müzakirəçisi Ceymison Qrirə ünvanlanan məktubda ABŞ istehsalçılarına qarşı cavab rüsumlarının şirkətin fəaliyyətinə zərər verə biləcəyi və ABŞ-nin bu istiqamətdə ticarət siyasətini diqqətlə nəzərdən keçirməsinin vacib olduğu qeyd edilib.
“Tesla ədalətli ticarətin vacibliyini tanıdığı və dəstəklədiyi halda, Ticarət Nümayəndəliyinin Ofisi ədalətsiz ticarət təcrübələrini düzəltmək üçün potensial tədbirləri qiymətləndirərkən ABŞ-dən ixracı da nəzərə almalıdır”, - məktubda deyilir.
Onun müəllifləri xəbərdarlıq edirlər ki, maraqlı ölkələr idxal olunan elektrik avtomobillərinə rüsumlar tətbiq etməklə tariflərə dərhal cavab verirlər.
Avtomobil istehsalçısı bildirib ki, Ağ Evin hazırkı ticarət siyasətində elektrik avtomobilləri və litium-ion batareyaları ilə bağlı daxili təchizat zəncirinin məhdudiyyətləri də nəzərə alınmalıdır.
Məktubda deyilir ki, lazım olan məhsulların bəziləri ABŞ-də əldə oluna bilməz.
Seçilən
1
yeniavaz.com

1Mənbələr