AZ

Putinin bəyanatları ümidverici, lakin natamamdır - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada mümkün atəşkəslə bağlı bəyanatını "ümidverici, lakin natamam" adlandırıb.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Tramp Putinin atəşkəsə dəstək verdiyini, lakin həll olunmamış fikir ayrılıqlarının və sualların qaldığını bildirib.

Putin daha əvvəl Vaşinqtonun 30 günlük atəşkəs təklifini dəstəklədiyini bəyan etsə də, müzakirəyə ehtiyac duyulan həssas məqamların olduğunu vurğulayıb. Tramp isə bunun tez yekunlaşdırılmalı olduğunu deyib və Rusiya bu təklifi rədd edərsə, bunun dünya üçün "məyusedici an" olacağını bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı diplomatik danışıqlar davam edir və tərəflər hələ yekun razılığa gəlməyib.

Seçilən
14
turkic.world

1Mənbələr