Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı qlobal münaqişələrin həllinə töhfəverməlidir, çünki məhz o, sülh yolu ilə nizamlanmanın hüquqibazasını təmin edir.
Trend xəbər verirki, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidentiMiroslav Layçak XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən"Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünyanın bu gün şahidi olduğu faciələr,İkinci Dünya müharibəsindən sonra yaradılan çoxtərəfli sistemintəkamülünün göstəricisidir.
"Hər şeydən əvvəl münaqişələrin mahiyyəti dəyişib. Bu gün bizhibrid müharibə, kiberhücumlar, dezinformasiya kampaniyaları iləqarşılaşırıq. Bu hallar BMT Nizamnaməsində qeyd olunmayıb, lakin buo demək deyil ki, onları görməzdən gəlməliyik. Əksinə, yanaşmamızıuyğunlaşdırmalıyıq", deyə Miroslav Layçak bildirib.
O vurğulayıb ki, dayanıqlı və ədalətli sülhə nail olmaq üçünbeynəlxalq ictimaiyyət beynəlxalq hüquqa, o cümlədən BMTTəhlükəsizlik Şurasının qətnamələrinə və Beynəlxalq Məhkəməninqərarlarına əsaslanmalıdır.
"BMT həll yollarının formalaşmasında iştirak etməlidr, çünki olazımı hüquqi bazanı təmin edir. Bizə çoxsəviyyəli yanaşma,təhdidlərə qarşı mübarizə üçün müasir texnologiyalar, həmçinininformasiya müharibəsində qalib gəlmək bacarığı lazımdır, çünkisosial şəbəkələr müasir münaqişələrdə tamdəyərli aktora çevrilib",- deyə o əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.