2024-cü ildə Maliyyə Nazirliyinin (dövlət) istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib.
Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, nəticədə 4 790 milyon manatlıq dövlət istiqrazı "Bakı Fond Birjası" QSC-də yerləşdirilib.
Bundan başqa, hesabat dövründə tədavüldə olan dövlət istiqrazlarının ümumi dəyəri 47 % artaraq 9 milyard 353 milyon manata çatıb.
Ötən il 1, 2 , 3 və 5 illik dövlət istiqrazları emissiya edilib.