1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sebastian Şimanski avrokuboklarda "Fənərbağça" forması ilə son 17 ildə səfər matçında bir oyunda iki qol vuran ilk futbolçu olub.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu "Reyncers"lə görüşdə iki dəfə fərqlənərək oyunun penaltilər seriyasına keçməsini təmin edib.
Şimanski "Fənərbağça"nın keçmiş futbolçusu Deyvid de Souzanın rekordunu təkrarlayıb. Belə ki, Deyvid də 2008-ci ildə "Sevilya" ilə səfər matçında iki qol vurmuşdu.