AZ

Hemofiliya xəstələrinin SAYI AÇIQLANDI

2024-cü il ərzində hemofiliyalı xəstələrin vahid elektron registrində 1744 xəstə qeydiyyatda olub.

Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Məlumatda bildirilib ki, onlardan 1177-i Hemofiliya A, 168-i Hemofiliya B, 242-i von Willebrand, 157-i isə digər laxtalanma pozuntulu xəstələrdir. Hemofiliyalı xəstələr qanaxmaların profilaktikası məqsədilə plazma və gen mühəndisliyi yolu ilə alınan qan faktor preparatları ilə təmin olunub. Ä°nhibitorlu xəstələrin sayı 40 nəfər olub və onlardan proqram çərçivəsində 8 xəstə innovativ dərman preparatı olan "Emisizumab" ilə təchiz olunub.

Qeyd edək ki, 2022-ci ildə ölkəmizdə 1737 hemofiliya xəstəsi olub.

Seçilən
3
adalet.az

1Mənbələr