AZ

ABŞ-ın  Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB 


Ukraynanın 11 martda Moskvaya kütləvi PUA hücumuna cavab məqsədilə Putinin TŞ üzvləri ilə Kremldə müzakirə keçirdikdən sonra Rusiya daha aqressiv qərarlara imza atmağa başladı. Bundan sonra -martın 12-də Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edildi. Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sum, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də hava hücumu sirenləri susmaq bilmədi.

Çünki, Rusiya Teleqram kanalları Rusiya bombardmançı təyyarələrinin və qırıcılarının havaya qalxdığı haqda məlumat yaymışdı.
Rusiyanın niyyəti Kursku məlum atəşkəs və danışıqlar masasından çıxarmaq idi. O arzusuna çatdı. Çünki, Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə keçirdiyi brifinqdə bildirib ki, Kursk vilayətində vəziyyət tamamilə Rusiyanın nəzarəti altındadır.
Rusiyanın niyyəti anlayan ABŞ administrasiyası növbəti addımını atdı.



ABŞ Ukraynaya Rusiyanın elektron müharibə sistemlərinə qarşı təkmilləşdirilmiş dəqiq idarə olunan GLSDB bombalarının tədarükünü bərpa etməyi planlaşdırır.

Avropa mediasının məlumatına görə, bu bombaların döyüş meydanına qayıtması yaxın günlərdə baş verə bilər, çünki ehtiyatlar artıq Avropadadır.

Sonuncu dəfə Ukrayna ordusu bundan bir neçə ay əvvəl istifadə edib.

 Əntiqə Rəşid

Seçilən
11
adalet.az

1Mənbələr