Tbilisidə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turniri üçün qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, 48 kq-a qədər çəki dərəcəsində çıxış edən Könül Əliyeva və Şəfəq Həmidova Gürcüstan paytaxtına yollanmayacaqlar.
Beləliklə, komandamızın iştirak ərizəsində dörd cüdoçu qalıb - Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq).
Qeyd edək ki, qadın cüdoçularımız üçün martın 21-23-də Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" Bakıdakı analoji turnirdən sonra mövsümün ikinci reytinqli yarışı olacaq.
İdman.biz