ABŞ və İsrail rəsmiləri Qəzzadan didərgin düşmüş fələstinlilərin məskunlaşdırılmasını müzakirə etmək üçün Şərqi Afrikanın üç hökumətinin rəsmiləri ilə görüşüb.
“Associated Press”-in məlumatına görə, ABŞ və İsrail Qəzzadan çıxarılacaq fələstinliləri yerləşdirmək üçün Sudan, Somali və Somalinin muxtar bölgəsi olan Somaliland ilə danışıqlar aparıb.
Sudan rəsmiləri ABŞ-dən gələn təklifi rədd edərkən, Somali və Somaliland rəsmiləri məsələ ilə bağlı heç bir təmasın olmadığını qeyd ediblər.
Qeyd edək ki, fələstinlilərin köçürülməsi ideyası bir vaxtlar İsrailin millətçi fraksiyasının xəyalı sayılırdı. Keçən ay Ağ Evdə keçirilən görüşdə Tramp layihəsini təqdim edəndə Netanyahu bunu “cəsarətli baxış” adlandırmışdı.
Ərəb ölkələri isə bu plana qəti şəkildə qarşı çıxaraq, fələstinlilərin yerində qalmasını tələb edən yenidənqurma planını təqdim etmişdilər. İnsan haqları qrupları fələstinlilərin məcburi köçülürməsinin müharibə cinayəti ola biləcəyini vurğulayır.
“AzPolitika.info”