“Real”ın futbolçusu Arda Güler karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “İnter” türkiyəli yarımümdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb. “Real” oyunçunu icarəyə verməyə müsbət yanaşır.
Daha əvvəl Almaniyanın “Ayntraxt” və “Bayer” klublarının Arda ilə maraqlandığı bildirilib.
“İnter”də Ardanın Türkiyə yığmasından komanda yoldaşı Hakan Çalhanoğlu çıxış edir.