Sea Breeze

Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbədə yaşayan sakinlərin növbəti qəbulunu keçirib.
Qəbul zamanı Nardaran sakinləri əsasən qəsəbə ərazisində tibbi xidmətlərin əlçatanlığının təmin olunması, əhalinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq imkanlarının artırılması ilə bağlı müraciətlər ediblər.

Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb və aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən baxılması üçün zəruri prosedurlara başlanılıb.

Görüş zamanı o da vurğulanıb ki, sonuncu qəbulda qaldırılan məsələlərin bir qismi aidiyyəti strukturlar tərəfindən artıq icra olunub, digər bir qismi isə icra prosesindədir.

ETX
ETX
ETX