AZ

"Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni ölkə qurur" - Vitse-spiker

"İşğaldan azad olunmuş və bu gün yenidən qurulan ərazilərimizin sahəsi Ermənistanın bütün ərazisinin yarısında çoxluq təşkil edir. Mahiyyət etibarı ilə Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni bir ölkə qurur".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı MM sədrinin birinci müavini Əli Əhmədov deyib.

Vitse-spiker bildirib ki, bu, Azərbaycan hökumətinin böyük maliyyə və iqtisadi imkanlara malik olduğunu sübuta yetirən ən mühüm göstəricilərdən biridir:

"Ayrı-ayrı zamanlarda bəzi ölkələrdə belə hallar olub. Ancaq bu ölkələrdə dağıdılmış ərazilərin yenidən qurulmasına bir sıra ölkələrin donorluğu ilə böyük vəsaitlər cəlb olunub. Azərbaycan isə özünün vəsaiti hesabına bu qədər böyük ərazidə quruculuq və abadlıq işlərini uğurla həyata keçirir".

Seçilən
1
9
sabahinfo.az

10Mənbələr