AZ

Millimizin heyətində dəyişiklik edildi

Tbilisidə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turniri üçün qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Fanat.Az xəbər verir ki, 48 kq-a qədər çəki dərəcəsində çıxış edən Könül Əliyeva və Şəfəq Həmidova Gürcüstan paytaxtına yollanmayacaqlar.

Beləliklə, komandamızın iştirak ərizəsində dörd cüdoçu qalıb - Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq).

Qeyd edək ki, qadın cüdoçularımız üçün martın 21-23-də Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" Bakıdakı analoji turnirdən sonra mövsümün ikinci reytinqli yarışı olacaq.

Seçilən
1
fanat.az

1Mənbələr