AZ

Bolqarıstan XİN rəhbəri: Azərbaycanın qlobal enerji təchizatına töhfələrini dəstəkləyirik

Biz Azərbaycanın qlobal enerji təchizatına verdiyi töhfələri dəstəkləyirik.

APA xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Georq Georqiev XII Qlobal Bakı Forumu çərçivəsində çıxışı zamanı deyib.

O, çıxışında qlobal münaqişələrə diqqət ayırıb. Georq Georqiev bildirib ki, Ukrayna münaqişəsi də daxil olmaqla, bütün problemli məsələlərin həlli yollarının tapılması bütün dünya üçün imperativ xarakter daşıyır: “Bu istiqamətdə dünya ictimaiyyəti bütün addımları atır. Lakin imperativlik prinsipinin rədd edilməsi vacibdir. Bolqarıstan daim buna qarşı çıxıb. Bizim daimi və ümumi dəyərlərimiz var və biz Avroatlantik tərəfdaşlığa sadiqik. ABŞ ilə strateji tərəfdaşlığın həyata keçirilməsi Avropa və Avropa İttifaqı üçün çox vacibdir. Biz etibarlı tərəfdaşlığa yalnız çoxqütblü sistem vasitəsilə nail ola bilərik. Biz Azərbaycanın qlobal enerji təchizatına verdiyi töhfələri dəstəkləyirik. Beynəlxalq münasibətlərdə bizim üzərimizə böyük rol düşür. Hesab edirəm ki, biz inklüziv cəmiyyətin humanizm ideologiyası əsasında qurulmasını təşviq etməliyik".

Seçilən
12
3
apa.az

4Mənbələr