AZ

“Neftmaştəmir” ASC səhmdarlarının nəzərinə!

28 aprel 2025- ci il saat 11.00-da “Neftmaştəmir” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.

2. Səhmdar cəmiyyətin 2024-cü ilin yekunları ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2024-cü il üzrə illik hesabatlarının təsdiqi.

3. Müəssisənin gəlir və zərəri haqqında məlumat.

4. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Eyni zamanda səhmdarların nəzərinə çatdırırıq ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.4.4 -cü bəndinə uyğun olaraq bank rekvizitlərinizin, şəxsiyyət vəsiqənizin surətlərini ASC-nin mühasibatlığına bilavasitə, yaxud [email protected] elektron poçt ünvanına təqdim edəsiniz.

Əlaqə telefonları – (012) 550 27 86; (012) 550 -3-3 00.

İclasın keçiriləcəyi ünvan – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52. “Neftmaştəmir” ASC-nin iclas otağı.

“Neftmaştəmir” ASC-nin direktoru

Seçilən
14
xalqqazeti.az

1Mənbələr