İran ABŞ administrasiyasının neft naziri Möhsün Paknejad da daxil olmaqla şəxslər və şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyalara sərt reakisya verib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.
O, ABŞ-ın qərarını pisləyərək bunu beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Bekayi amerikalı rəsmilərin danışıqlara hazır olduqlarına dair açıqlamalarına işarə edib:
"İrana qarşı yeni sanksiyalar ABŞ-ın qanunlara məhəl qoymadığının və danışıqlarla bağlı dediklərinin aldatmaqdan başqa bir şey olmadığının sübutudur. İran bu cür birtərəfli və qeyri-qanuni hərəkətlərin nəticələri və təsirlərinə görə ABŞ hökumətini səbəbkar görür”.
Sözçü vurğulayıb ki, ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş hərəkətləri beynəlxalq prinsip və qaydaların açıq şəkildə pozulmasıdır.