“Ənənəvi olmayan, əti yeyilməyən heyvanların siyahısının hazırlanmasına və kəsilərək ətinin satışının qadağan edilməsinə ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O təklif edib ki, Türkiyədə olduğu kimi heyvanların kəsimi üçün yaş hədddinin müəyyən edilməsi yaxşı olar:
“Ölkədə istənilən heyvan ətinin satışına qadağa olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. 7-8 kiloqramlıq quzuların kəsilib satışa çıxarılması heyvandarlığın inkişafına maneədir”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta