AZ

AMADA rəsmiləri Strasburqda

Fransanın Strasburq şəhərində, Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 67-ci iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Avropa ölkələrinin nümayəndələri antidopinq sahəsində aktual məsələləri müzakirə edib, qitənin koordinasiya olunmuş mövqeyini formalaşdırıb və WADA-nın qarşıdakı İcraiyyə Komitəsinin iclasına hazırlıq aparıblar.

Toplantı gündəliyin qəbul edilməsi və CAHAMA-nın 66-cı iclasının hesabatının təsdiqlənməsi ilə işə başlayıb. Nümayəndələr gələcək görüşlərin cədvəlini nəzərdən keçirib və Katiblikdən antidopinq sahəsindəki əsas yeniliklər barədə məlumat alıblar. Müzakirələr zamanı strateji prioritetlərə toxunulub, Avropa ölkələrinin qlobal antidopinq siyasətinin formalaşdırılmasındakı birgə rolunun gücləndirilməsi xüsusi vurğulanıb.

Mötəbər tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndi heyəti iclasda fəal iştirak edib, müzakirələrə qoşulub və əsas antidopinq strategiyalarının formalaşdırılmasına töhfə verib.

İclasın əsas məqamlarından biri CAHAMA-nın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi olub. Belə ki, Fransa İdman Nazirliyinin Etika, dürüstlük və profilaktik siyasətlər bürosunun müavini Amandine Karton sədr, Yunanıstan Milli Antidopinq Agentliyinin rəhbəri Qriqorios Leon sədr müavini, AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev isə gender bərabərliyi üzrə məruzəçi vəzifəsinə seçiliblər. Seçkilər CAHAMA-nın güclü idarəçilik, inklüzivlik və gender bərabərliyinə sadiqliyini bir daha nümayiş etdirir.

Xüsusi ixtisaslaşmış bir qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulmuş dövlətlərin antidopinq siyasəti üzrə mövqelərini əlaqələndirmək istiqamətində mühüm rol oynayır. Avropa ölkələrinin vahid mövqeyini təmin etməklə, komitə WADA-nın qərar qəbuletmə prosesində təsir imkanlarını gücləndirir, ədalətli və şəffaf qlobal antidopinq sisteminin inkişafına töhfə verir.

Seçilən
14
7
futbolpress.az

8Mənbələr