AZ

İsrail daha 3 terrorçunu zərərsizləşdirib

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ərrabə və Qəbatiyyə qəsəbələrində aparılan əməliyyatlar çərçivəsində axtarışa verilmiş 100-ə yaxın şübhəli də saxlanılıb.

İsrail hərbçiləri, eyni zamanda, onların məskunlaşdıqları yerlərdə külli miqdarda silah-sursat da aşkarlayaraq götürüb.
Kats:"Terrorla əlaqəli hər kəsi aradan qaldıracağıq"

Xatırladaq ki, fevralın 21-də İsrailin müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib.

Firudin Həmidli
AzVision.az
Seçilən
18
azvision.az

1Mənbələr