Bakı. Trend:
“Meydan" TV işi üzrə həbs olunan jurnalist Ramin Deko(Cəbrayılzadə) barəsində seçilmiş həbs qətimkan tədbirininuzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatətdaxil olub.
Trend-inxəbərinə görə, təqdimata bu gün Xətai rayon Məhkəməsində baxılıb.Məhkəmə vəsatət təmin edilərək həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrəjurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko),Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bu gün adı çəkilənşəxslərin də barəsində seçilən həbs qətimkan tədbirininuzadılmasına baxılacaq.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı CinayətMəcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçəşəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəlisürülüb.