AZ

Tramp: Biz Rusiyanın atəşkəsə açıq olduğunu görürük

ABŞ prezidenti Donald Tramp “Rusiyanın Ukraynada atəşkəsə açıq olduğunu görürük” deyib. Ümid edirəm ki, Rusiya düzgün addım atacaq. Bu, təkcə müharibə deyil, humanitar məsələdir. Hər həftə aldığım fotolar dəhşətlidir. “Gənclərin döyüş meydanında öldüyünü görmək dözülməzdir” deyən Tramp müharibənin ən qısa zamanda bitməli olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Görüşdən əvvəl açıqlamalar verən Tramp Ukraynada davam edən münaqişəyə toxunub və tərəflər arasında atəşkəsin daimi olacağına ümid etdiyini bildirib. "Bu gün Ukrayna tam atəşkəsi qəbul etdi. Biz də Rusiyanın da belə etməsini gözləyirik. Hər həftə minlərlə gəncin öldüyünü görürük. Buna dərhal son qoyulmalıdır" deyən Tramp, Ukraynadakı müharibənin ABŞ və müttəfiqləri üçün böyük xərc olduğunu vurğulayıb.

Atəşkəs üçün danışıqların davam etdiyini bildirən Tramp, "Prezident Putin və digər rəsmilərlə ciddi danışıqlar aparırıq. Məqsədimiz bu müharibəni bitirmək və dünyanı daha təhlükəsiz bir yerə çevirməkdir" dedi.

“Rusiyanın atəşkəsə açıq olduğunu görürük”

Prezident Tramp Rusiya ilə davam edən danışıqlara gəlincə, "Rusiyanın atəşkəsə açıq olduğunu görürük. Hazırda torpaq paylaşımı və strateji enerji stansiyaları kimi mövzularda bütün tərəflərlə ciddi danışıqlar aparırıq. Bu asan proses deyil, lakin birinci mərhələ atəşkəs olmalıdır" dedi.

"Ümid edirəm ki, Rusiya doğru olanı edəcək. Bu, sadəcə bir müharibə deyil, humanitar bir məsələdir. Hər həftə aldığım şəkillər dəhşətlidir. Döyüş meydanında gənclərin öldüyünü görmək dözülməzdir", - deyən Tramp, müharibənin ən qısa zamanda dayandırılmasının vacibliyini vurğulayıb.

Seçilən
3
kommersant.az

1Mənbələr