AZ

ABŞ İranın neft nazirinə sanksiya tətbiq etdi: London isə təcili danışıq tələb edir

ABŞ İranın neft naziri Möhsün Paknejada sanksiya tətbiq edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Amerikanın Maliyyə Nazirliyi açıqlama yayıb.

Məlumatda bildirilir ki, Ağ Ev İranı tamamilə sıxışdırmaq və nüvə silahı yaratmaq prosesini önləmək üçün bütün maliyyə imkanlarını məhdudlaşdırmaq qərarı verib. Bu səbəbdən də, İran neftini daşıyan Honq-Konq bayraqlı bir neçə gəmiyə də sanksiya tətbiq edib.

Bu əsnada, Britaniya hökuməti İranı ABŞ-la danışıqlara başlamağa çağırıb. “İran ABŞ-la ciddi şəkildə danışıqlara başlamalıdır. London Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər hansı diplomatik addımı atmaqdan çəkinməyəcək”.

Seçilən
13
tribunainfo.az

1Mənbələr