AZ

“Dəyərlərin formalaşması təhsildən çox, mədəniyyətin missiyasıdır” - Rektor

UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında ali təhsil müəssisələrinin əsas missiyası ilə bağlı fikirlərini paylaşıb:

"Ali təhsil müəssisələrində (ATM) tələbələrə müasir biliklər vermək və zəruri bacarıqları aşılamaq nə qədər vacib olsa da, yetərli deyil. ATM-lərin əsas missiyası ictimai vahid kimi ictimai şüur və ictimai mədəniyyəti formalaşdırmaq, şəxsiyyətin yetişməsinə yardım etməkdir. Bu isə təhsildə dəyərlərin önə çəkilməsini tələb edir. Dəyərlərin formalaşması isə təhsildən çox, mədəniyyətin missiyasıdır! Ona görə də bilik və bacarıqlara fokuslanan mövcud təhsil prosesinə köklü dəyişiklik edərək, mədəniyyəti inteqrasiya etmək ali təhsildə zəruri dəyişikliklərin əsas trayektoriyası kimi qəbul edilə bilər.

Mövcud təhsil prosesinə mədəniyyətin inteqrasiyası ali təhsildə zəruri dəyişikliklərin əsas trayektoriyası kimi qəbul edilə bilər".

Seçilən
24
6
azpolitika.info

7Mənbələr