"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş UEFA Avropa Liqasında rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu yarışda penalti zərbələrinin ən mahir ustasına çevrilib.

Belə ki, o, dünən "Real Sosyedad"la görüşdə (4:1) müəllifi olduğu 3 qoldan 2-ni 11 metrlik cərimə zərbəsindən reallaşdırıb. Bununla da, Fernandeş Avropa Liqası oyunlarında ümumilikdə 10 penaltidən 9-nu dəqiq yerinə yetirmiş olub. Bu göstəricidə heç bir futbolçu ona çata bilməyib.

Ötən həftə səfərdən 1:1 hesablı heç-heçə ilə dönən "Mançester Yunayted" məhz Fernandeşin parlaq oyunu sayəsində 1/4 finala yüksəlib. Bruno cari mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 12 qol vurub, 12 məhsuldar ötürmə verib.