Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Avropa İttifaqının müşahidə missiyasının gələcək fəaliyyətinin necə olacağını izah edib.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə bildirib.
Onun sözlərinə görə, İrəvan həmişə mülki missiya ilə əməkdaşlıq formalarını və mexanizmlərini müzakirə edə bilər: “Missiya sərhəddə sabitliyin təmin olunmasına çox kömək edib, eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanarsa, bu sabitlik institusional olacaq”.
"Sülh sazişi imzalandıqda avropalı tərəfdaşlarımızla mülki missiya ilə bağlı qarşılıqlı məqbul və qarşılıqlı faydalı qərarlara gələcəyik", - A.Mirzoyan qeyd edib.