Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu qəza törədib. Manset.az-ın məlumatına görə, hadisə Məhəmməd Hadi küçəsi, 298 ünvanında qeydə alınıb. Belə ki, bugün saat 10 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90JY786 avtobus iki maşınla toqquşub. Qəza zamanı avtobus yol kənarında dayananan digər nəqliyyat vasitələri 10KR201 və 77HS309 dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan vurub. Faktla bağlı araşdırma aparılır.