AzVision.az xəbər verir ki, “The National Interest (TIN)” nəşrinin köşə yazarı Kristian Uitonun fikrincə, keçmiş prezident Co Baydenin ilk növbədə Avropaya yönəlik xarici siyasətinə son qoymaq və Kiyevi dəstəyini geri çəkməklə hədələməklə Donald Tramp ABŞ üçün ən vacib məsələlərdə Moskvanı rəqibdən müttəfiqə çevirə bilər. Məsələn, Çinlə ABŞ arasındakı qarşıdurmada.
“Rusiyanı Çindən uzaqlaşdırmaq Tramp üçün Ukraynadakı hərbi münaqişəyə son qoymaq qədər böyük qələbə ola bilər. Aydındır ki, Moskvada bəziləri Trampın Vladimir Putinlə təmaslarını və Volodimir Zelenskiyə təzyiqlərini təkcə Ukraynada döyüşləri dayandırmaq üçün deyil, həm də dünya düzənini kökündən dəyişdirmək vasitəsi kimi görürlər”,- Uitonun yazdığı məqalədə vurğulanır.
Müəllif bildirir ki, Rusiya malların, xüsusən də avtomobil və elektronikanın istehsalı sahəsindəÇindən artan asılılığından narazıdır. O, digər Asiya iqtisadiyyatları ilə ticarətdə maraqlıdır ki, bu da yalnız sanksiyaların yumşaldılması sayəsindəmümkündür. ABŞ və Rusiya arasında gərginliyin azalması Moskvaya öz iqtisadiyyatını şaxələndirməyə və Vaşinqtonun ən vacib saydığıPekindən daha müstəqil olmağa imkan verəcək.
Bundan əlavə, Vaşinqton sanksiyaları ləğv edərsə və Moskva regionda və Sakit okeanın şimalında Rusiya-Çin birgə hərbi təlimlərinin sayını azaldarsa, Ağ Evlə Lreml Arktikada ABŞ-Rusiya əməkdaşlığını genişləndirmək barədə razılığa gələ bilər.
- Lakin liderləri nüvə silahına malik dövləti məğlub etmək və Ukraynanı NATO-ya qəbul etmək illüziyasından yapışmağa davam edən Avropa maneəyə çevrilə bilər. Belə olan halda Vaşinqton Amerika qoşunlarının Avropadan qismən çıxarılmasını, Avropa liderlərinin Rusiyaya qarşı düşmənçiliyini qızışdırmasını, Rusiya tərəfindənsilahlara nəzarət və ya digər güzəştlər üçün mübadilə edə bilər”, - Kristian Uiton düşünür.
Onun fikrincə, hər halda, bu, ABŞ üçün xoşbəxt hadisədir. Çünki hakimiyyətdə olduğu iki aydan az müddətdə Tramp ABŞ-yə qarşı yönəlmiş və inanılmaz dərəcədə təhlükəli olan Çin-Rusiya güc blokunu sarsıtmaq üçün şərait yaradıb.
Sadəcə, Rusiya və Ukraynanın indiki və ya gələcək siyasi güclərini qane edən sülh sazişinin imzalanması üçün bacarıq, əzmkarlıq və ölçülü diplomatiya tələb olunur. Müvəffəqiyyətə zəmanət verilməsə də, Vaşinqton üçün potensial fayda götürmək və onun əsas rəqibi olan Pekininimkanlarını neytrallaşdırmaq ABŞ-dən maksimum səy tələb edir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta