Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişində böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təchiz edilib, amma, hələ də həmin müəssisə istifadəyə verilməyib.
APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
“Onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssisələrdə sıxlıqdır. Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətəndaşlarımız da bu xəstəxanaların xidmətlərdən istifadə edirlər. Qeyd etdiyim tibb kompleksi istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmanızı xahiş edirəm”, - deyə deputat bildirib.