AZ

Qlobal Bakı Forumunda “Yeni dünya düzənində orta güclər” mövzusunda panel iclası keçirilir - FOTOlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirir.

Trend xəbər verir ki, Ekvadorun xarici işlər naziri Mariya Fernando Espenazonun moderatorluğu ilə keçirilən sessiya "Yeni dünya düzənində orta güclər" mövzusuna həsr edilib.

Panel iclasda əvvəlcə Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev çıxış edəcək. Daha sonra Avstriyanın sabiq Xarici İşlər naziri Benita Ferrero-Valdner, Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Sədri Binəli Yildirim, İslandiyanın sabiq prezidenti Olafur Raqner Qrimsson, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Türkiyənin sabiq xarici İşlər naziri Hikmət Çətin, Maltanın sabiq baş naziri Cozef Muskat, Latviyanın sabiq müdafiə naziri Artis Pabriksin mövzu ətrafında çıxışları dinləniləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
25
4
milli.az

5Mənbələr