Bakı. Trend:
Azərbaycan İsraillə olan möhkəm dostluq əlaqələri və Türkiyə iləolan özünəməxsus strateji münasibətləri sayəsində Yaxın Şərqdə yenistrateji təhlükəsizlik sisteminin formalaşdırılmasında mümüh roloynaya bilər.
Trend xəbər verirki, bunu 2006-2009-cu illərdə İsrailin Baş nazir müavini və XİNrəhbəri, 2013-2014-cü illərdə isə Ədliyyə naziri vəzifələrinitutmuş Tsipi Livni XII Qlobal Bakı Forumu çərçivəsində “Sülhəaparan yol” mövzusunda Bakıda keçirilən panel müzakirələrindəetdiyi çıxışda söyləyib.
Onun sözlərinə görə, Suriyadakı vəziyyəti, eyni zamandaAzərbaycanın digər müsəlman ölkələri ilə münasibətlərini nəzərəalaraq, Bakı regionda yeni təhlükəsizlik sisteminin yaradılmasınamühüm töhfə verə bilər.
“Mən ona inanıram ki, bu məsələyə və ümumi strategiyayafokuslansaq, bunda irəliləyişə nail ola bilərik”,- deyə Tsipi Livnivurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.