AZ

Jurnalist Ceyhun Əsgərovun son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Salatın Əsgərovanın jurnalist oğlu Ceyhun Əsgərov bir neçə gün öncə təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılmışdı.

O, sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi.

Bu paylaşımdan sonra səhiyyə qurumları hərəkətə keçərək onu təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Məlum olub ki, Ceyhun Əsgərov bir neçə gün ardıcıl olaraq həddindən artıq alkoqollu içki qəbul etdiyi üçün zəhərlənib. 

Ceyhun Əsgərovun son vəziyyəti ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, 12 mart 2020-ci il tarixdə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan jurnalist Ceyhun Əsgərov bu gün evə buraxılıb:

“Diaqnozuna uyğun protokol üzrə aparılan ilkin müalicə-reabilitasiya prosesi yekunlaşıb və onun ambulator müalicə üçün evə buraxılması uyğun hesab olunub”.

Seçilən
1
cebheinfo.az

1Mənbələr