AZ

ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb - Mirzoyan

Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmir. 

News24.az xəbər verir ki, bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bəyanat verib.

"Hesab edirik ki, Azərbaycanla münasibətlərin normallaşmasından və sülh müqaviləsinin imzalanmasından sonra institut olaraq münaqişə kağız üzərində sona çatıb və ATƏT-in Minsk Qrupuna ehtiyac qalmır", - deyə o qeyd edib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, İrəvan ATƏT-ə müraciət edərək Minsk Qrupunun fəaliyyətini ləğv etməlidir. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə 2024-cü ilin iyun ayında parlamentdə bildirib ki, ATƏT-in Minsk Qrupu de-fakto 2022-ci ilin fevralından sonra fəaliyyətini dayandırıb, çünki onun həmsədrləri Ukraynadakı müharibənin başlamasından sonra bu formatda əlaqə saxlamayıb.

Aynurə


Seçilən
17
news24.az

1Mənbələr