AZ

“Mən fələstinlilərdən danışanda siz gülürdünüz, özünüzdən utanmalısınız...” - Millət vəkilindən nazirə sərt reaksiya + VİDEO

Avropa Parlamentinin Baş Assambleyasında İsrailin blokadası səbəbindən Qəzzada pisləşən humanitar vəziyyətin müzakirəsi zamanı Avropa İttifaqı (Aİ) Şurasını təmsil edən polşalı nazir Adam Şlapkanın zarafat edərək gülməsi Avropa Parlamentinin deputatı Mark Botenqanın sərt reaksiyasına səbəb olub.

O, bu münasibətin fələstinlilərə qarşı hörmətsizlik olduğunu və AB-nin riyakarlığını ortaya qoyduğunu bildirib.

Şlapkanın çıxış edən zaman güldüyünü görən Botenqa polşalı nazirə deyib:“Əvvəla, Şuradan gülməyi dayandırmağı xahiş edə bilərəm? Kim bilir, nə qədər fələstinli ölüb və hələ də aclıqdan ölür, deyəndə gülürdünüz. Siz zarafat edirsiniz və gülürsünüz. Bu gülməli deyil. Fələstinlilər də insandır. Özünüzdən utanmalısınız. Hazırda fələstinlilərə əhəmiyyət vermirsiniz”.

“AzPolitika.info”

Seçilən
26
azpolitika.info

1Mənbələr