AZ

Bakı-Quba yolunda ağır QƏZA – Yük avtomobili iki yerə BÖLÜNDÜ – FOTO

Bakı-Quba yolunun 121-ci kilometrliyində-Şabran rayonu ərazisində iki yük avtomobilinin toqquşması yolda sıxlıq yaradıb.

Belə ki, "Mersedes" markalı yük avtomaşını yolun kənarında dayanmış "Kamaz" markalı yük avtomaşınına çırpılıb.

Nəticədə "Mersedes"markalı yük avtomaşını iki yerə bölünüb. Digər yük avtomobilindəki mişar daşları yola dağılıb. Sürücülərdən xəsarət alan olmasa da, avtomaşınlar qəzadan ziyan çəkib.

Hadisənin səbəbləri araşdırılır.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
13
bizim.media

1Mənbələr