"Gəncə şəhərinin Şəmkir rayonu istiqamtində girişində böyük xəstəxana kompleksi tikilib və lazimi tibbi avadanlıqlarla təciz edilib. Amma, hələ də həmin müəssisə istifadəyə verilməyib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssiələrdə sıxlıq olduğunu deyən N.Həmzəyev izah edib ki, tək Gəncə deyil, Qərb regionunda yaşayan vətandaşlar da bu xəstəxanaların xidmətlərdən istifadə edirlər:
"Mən düşünürəm ki, qeyd etdiyim tbbi kompleksi istifadəyə verə bilsək hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsinidə aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmanızı xahiş edirəm".
Mina Mikayılova