Sea Breeze

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

Oxu.Az xəbər verir ki, bunu hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, məhz bu prinsiplər (və bu il Konstitusiyanın qəbul olunmasının 30 illiyi) nəzərə alınaraq 28 dekabr 2024-cü il tarixində dövlət başçısının imzaladığı Sərəncamla 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib:

“Dövlətimizin başçısının dediyi kimi, 2024-cü il bütövlükdə qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığı, ölkənin inamla inkişaf etdiyi və beynəlxalq nüfuzunun böyük dərəcədə artdığı, iqtisadiyyatda müsbət inkişafın olduğu və hərbi gücümüzün artdığı, habelə sabitliyin hökm sürdüyü uğurla başa vurulan bir il olub”.

“Ötən il hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub, o cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub. Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir”.

“Hökumət üzvlərinin adından və öz adımdan sizi əmin etmək istərdim ki, bundan sonra da bu müsbət inkişaf dinamikasının saxlanılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında Hökumət böyük əzmlə və şərəflə çalışacaq”, – deyə Baş nazir fikrini yekunlaşdırıb.

ETX
ETX
ETX