AZ

Azərbaycan-Özbəkistan tekstil layihəsi: Mingəçevirdə yeni sənaye klasteri yaradılır

Finss.az - Azərbaycan-Özbəkistan birgə kapitallı “Textile Horizon” MMC Mingəçevir Sənaye Parkının rezidenti statusunu alıb. Layihə çərçivəsində mahlıc, iplik, parça və geyim istehsal edən müəssisələr inşa ediləcək, ölkədə ilk tekstil klasteri formalaşacaq.

153 milyon manat investisiya dəyərində olan layihə Almaniya, İsveçrə, İspaniya və Türkiyənin qabaqcıl texnologiyalarından istifadə etməklə həyata keçiriləcək. İllik istehsal gücü 11,6 min ton iplik, 7,3 min ton xam parça, 6,2 min ton boyalı parça və 11,8 milyon geyim məhsulu təşkil edəcək.

2300-dən çox yeni iş yeri yaradılacaq layihənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Məhsullar daxili bazarla yanaşı, xaricə də ixrac ediləcək.

Zemfira Ms
Finss.az

Seçilən
14
fins.az

1Mənbələr