1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün cütləri aprelin 10 və 17-də baş tutacaq.
Oxu.Az xəbər verir ki, "Fənərbağça"nı mübarizədən kənarlaşdıran "Reyncers" bu mərhələdə iki oyunun nəricəsinə görə "Roma"dan üstün "Atletik"lə qarşılaşacaq. "Qarabağ"ın liqa mərhələsində məğlub etdiyi "Budyo Qlimt" klubu "Latsio"ya müqavimət göstərməyə çalışacaq.
"Mançester Yunayted" klubu "Lion"la üz-üzə gələcək. Ağdam klubunun liqa mərhələsindəki başqa bir rəqibi "Tottenhem" isə "Ayntraxt"a rəqib olub.
Avropa Liqası: 1/4 final cütləri
"Budyo Qlimt" - "Latsio";
"Tottenhem" - "Ayntraxt Frankfurt";
"Reyncers" - "Atletik Bilbao";
"Lion" - "Mançester Yunayted".